AZ

Tomas Müller: “Bayern”lə aramda heç bir umu-küsü yoxdur”

“Bayern”in 35 yaşlı alman veteran hücumçusu Tomas Müller Münhen klubu ilə heç bir narazılıq yaşamadığını bildirib.

Arena.az məlumat verir ki, daha əvvəl tərəflər cari mövsümün sonunda başa çatacaq müqavilə müddətini uzatmayacaqlarını və yollarını ayıracaqlarını açıqlayıblar:

“Mənimlə klub arasında heç bir mənfi məqam yoxdur… Bizim komanda ilə ümumi məqsədlərimiz və maraqlarımız var. Biz bir-birimizin gözlərinə sakit və müsbət təzahürlə – gələcəyə baxırıq…”, – Müller özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən Münhen təmsilçisinin düşərgəsindədir və 2009-cu ilin iyulundan klubun əsas komandasında çıxış edir.

Müllerin “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 36 oyun keçirib, 5 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 743 oyun, 247 qol, 273 məhsuldar ötürmədən ibarətdir.

Tomas Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
187
15
arena.az

10Mənbələr