AZ

"Barselona" ilə Çempionlar Liqasını qazanan sabiq futbolçu satış təmsilçisi işləyir

2014-cü ilin yayında 20 milyon avro qarşılığında "Barselona"ya transfer olunan fransız futbolçu Ceremi Metyu futbolçu karyerasını bitirdikdən sonra fərqli sahədə çalışmağa başlayıb.

Apasport.az xəbər verir ki, 2015-ci ildə "Barselona" ilə Çempionlar Liqasının qalibi olan keçmiş futbolçu hazırda idman mağazasında satış məsləhətçisi işləyir.

Mağazaya gələn müştərilər "Barselona"nın keçmiş ulduzunu gördükdə çox təəccüblənirlər. Bu vəziyyət futbolsevərlər tərəfindən maraqla qarşılanır. 

Fransanın Marsel şəhərində çalışan sabiq futbolçu mağazada işləyərək məşqçilik lisenziyasını almaq üçün təhsil alır.

Qeyd edək ki, "Barselona"da keçirdiyi 3 il ərzində böyük uğurlar qazanan Ceremi 2015-ci ildə Çempionlar Liqasındakı qələbəsi zamanı Kataloniya klubunun müdafiəsində əsas fiqurlardan biri olub.

"Beşiktaş"lı futbolçu son 2 oyunda 2 qırmızı kart alıb

“Bavariya” Almaniya millisinin üzvü ilə müqavilə yeniləməyə hazırlaşır

Bundesliqadan Super Liqaya

Bruno Fernandes: “Ona qarşı oynamaq möhtəşəm bir hissdir”

Premyer Liqa klubunda baş məşqçi ayrılığı

Seçilən
224
40
apasport.az

10Mənbələr