Rusiya Mərkəzi Bankı aprelin 9-na ABŞ dollarının rəsmi məzənnəsini 85,46 rubl, avronu 93,77 rubl, yuanın isə 11,56 rubl səviyyəsində müəyyən edib.
Publika.az xəbər verir ki, bu barədə tənzimləyicinin saytında məlumat verilib.
Aprelin 8-nə Mərkəzi Bank aşağıdakı məzənnələri müəyyən edib: dollar - 86,18 rubl, avro - 94,77 rubl, yuan - 11,72 rubl.
Belə ki, Amerika valyutası 72,50 qəpik, avro 99,87 qəpik, Çin valyutası isə 16,22 qəpik ucuzlaşıb. Bir gün əvvəl baş verən kəskin artımdan sonra məzənnələr aşağı düşüb.