Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.
İspaniyanın “Real” klubu Londonda “Arsenal”ın qonağı olub. Oyun ev sahiblərinin üstünlüyü şəraitində keçib. "Topçular" rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.
Digər görüşdə isə “Bavariya” və “İnter” komandaları üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada sevinən tərəf qonaqlar olub. Görüş "İnter"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
8 aprel
23:00 "Arsenal" (İngiltərə) – "Real" (İspaniya) 3:0
23:00 "Bavariya" (Almaniya) – "İnter" (İtaliya) 1:2
DÇ-2026: Estoniya, Qazaxıstan və Norveçdən qələbə - YENİLƏNİB
DÇ-2026: İngiltərədən asan qələbə, Rumıniyadan darmadağın - YENİLƏNİB
Belarus yığmasının baş məşqçisi: "Meydana qələbə üçün çıxacağıq"
Belaruslu futbolçu: “Bizi çətin oyun gözləyir”
DÇ-2026-ya vəsiqə qazanan daha bir milli müəyyənləşib