Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev aprelin 9-da Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ilə görüşüb.
Bu barədə aia.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində Türkiyə ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
aia.az


