4 aprel 2025-ci il tarixinə olan məlumata görə, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) cəmi ehtiyatları ötən həftə ərzində 2 milyard 250 milyon dollar azalaraq 154,3 milyard dollara düşüb. Marja xəbər verir ki, ehtiyatlar 13 sentyabr 2024-cü il həftəsindən bəri ən aşağı səviyyəyə düşüb.
Mərkəzi Bankın məlumatına görə, valyuta aktivləri əvvəlki həftə ilə müqayisədə 3,9 faiz azalaraq 70,3 milyard ABŞ dollarına, qızıl ehtiyat aktivləri 0,7 faiz artaraq 76,4 milyard dollara, BVF-nin ehtiyat mövqeyi və SDR cəmi 1 faiz artaraq 7,6 milyard dollara çatıb.
Mərkəzi Bankın açıqladığı məlumatlara görə, 4 aprel həftəsində valyuta ehtiyatları 2,8 milyard dollar azalıb, qızıl ehtiyatları isə 520 milyon dollar artıb.
Cəmi ehtiyatlar son 3 həftədə 16 milyard 821 milyon dollar azalıb.
Xalis ehtiyatlar 49 milyard dollardan aşağıdır
Əvvəlki həftə 56 milyard 82 milyon dollar olan xalis beynəlxalq ehtiyatlar, 4 aprel həftəsində 7 milyard 381 milyon dollar azalaraq 48 milyard 701 milyon dollara geriləyib.
Ümumi ehtiyatlar (milyon ABŞ dolları)
04-04-2025154,260,54
28-03-2025156,511,16
21-03-2025163,114,20
14-03-2025171,081,54
07-03-2025169,915,22
28-02-2025165,416,64
21-02-2025169,994,89
14-02-2025173,152,33
07-02-2025167,491,52
31-01-2025165,974,59
24-01-2025167,559,96
17-01-2025163,302,70
10-01-2025160,446,80
03-01-2025157,933,37