AZ

Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb

Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat verib.

Sakinlərin bildirdiyinə görə, küləklə müşahidə olunan leysan yağışına görə elektrik enerjisinin verilməsində fasilə yarandığı bildirilir. Artıq 3 saatdan çoxdur ki, Biləsuvar şəhərinin bəzi hissələri işıqsızdır.

Qeyd edək ki, hazırda rayon ərazisində sakit hava şəraiti müşahidə olunur.

Seçilən
127
2
far.az

10Mənbələr