AZ

Nigeriyada 30-a yaxın ştat su altında qala bilər

Nigeriyada 30-a yaxın ştat 2025-ci ildə su altında qala bilər.

"Report"un "Vanguard" qəzetinə istinadən verdiyi məlumata görə, bunu ölkənin su ehtiyatları və kanalizasiya naziri Cozef Utsev deyib.

Onun sözlərinə görə, musson mövsümündə daşqınlar 33 ştatda 3400-dən çox icmaya təsir göstərə bilər. Risk altında Abuja, ən böyük metropolis Laqos, eləcə də Port-Harcourt, İbadan və Kano kimi böyük şəhərlər var.

Hakimiyyət orqanları 2024-cü ildə baş verən daşqınların acınacaqlı nəticələrini nəzərə alaraq su obyektlərinin vəziyyətinə və yağıntıların səviyyəsinə nəzarət etmək üçün proqram hazırlayıb.

Seçilən
68
14
report.az

10Mənbələr