AZ

Hindistanda ildırım çaxması nəticəsində onlarla insan ölüb

Hindistanın Bihar ştatında ildırım vurması nəticəsində onlarla insan həlak olub.

Ölkə.az bu barədə “Press Trust of India”a istinadla xəbər verir.

Artıq qurbanların sayının azı 25 nəfərə çatdığı qeyd edilir.

Ölənlərin çoxu dəyişən hava şəraitində kənd təsərrüfatı işləri ilə məşğul olan fermerlər və gündəlik işçilərdir.

Bundan əvvəl Hindistan Meteorologiya Departamenti bir sıra bölgələr üçün "narıncı" xəbərdarlıq edərək, tufanların olacağına diqqət çəkib.

Həmidə İbrahimova

Seçilən
159
45
olke.az

10Mənbələr