AZ

Gürcüstan Prezidenti aprelin 15-də Azərbaycana səfər edəcək

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycana səfər edəcək.

Korrespondent.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı ölkə prezidentinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu, Kavelaşvilinin 2024-cü ilin sonunda andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq.

Bundan əvvəl Kavelaşvilinin beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya Azərbaycandan sonra Gürcüstan Prezidentinin Ermənistana səfər edəcəyi barədə məlumat vermişdi.

Seçilən
105
50
korrespondent.az

10Mənbələr