AZ

Gürcüstan prezidenti ilk xarici səfərini Azərbaycana edəcək

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycana səfər edəcək.
Bu barədə Gürcüstan prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu, Kavelaşvilinin 2024-cü ilin sonunda andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq.
Bundan əvvəl Kavelaşvilinin beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya Gürcüstan prezidentinin Azərbaycandan sonra Ermənistana səfər edəcəyi barədə məlumat vermişdi.

Mənbə: azxeber.com

Seçilən
78
50
azxeber.com

10Mənbələr