AZ

Paşinyana alma atan şəxsin aqibəti bəlli oldu

İrəvan məhkəməsi cümə günü keçirilən iclasda baş nazir Nikol Paşinyana pəncərədən alma atan 72 yaşlı şəxsə bəraət verib.

Olaylar.az xəbər verir ki, hadisə ötən ilin avqust ayında İrəvanda baş verib.

Albert Arstamyanın əleyhinə "xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.

Lakin məhkəmə qərarında yaşlı şəxsin hərəkətlərində cinayət tərkibi tapmayıb.

Jurnalistlərlə söhbətində kişi bəraət qərarının onun üçün gözlənilməz olduğunu etiraf edib. O, həmçinin bununla Paşinyanın siyasətinə etirazını ifadə etdiyini və peşman olmadığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
154
2
olaylar.az

10Mənbələr