Oklend Universiteti (Yeni Zelandiya) və Xiamen Universitetindən (Çin) beynəlxalq alimlər qrupu elektrikli nəqliyyat vasitələrinin ətraf mühitə real təsiri ilə bağlı gözlənilməz tapıntılar təqdim ediblər.
HİT.az xəbər verir ki, araşdırma "Energy" elmi jurnalında dərc olunub.
Komanda son 15 il ərzində 26 ölkədən əldə edilən məlumatları avtomobillərin istehsaldan utilizasiyaya qədər tam həyat dövrünü nəzərə alaraq təhlil edib.
Belə çıxır ki, elektromobillərin tətbiqi antropogen iqlim dəyişikliyinin əsas amili olan qlobal karbon qazı emissiyasının azalmasına gətirib çıxarmır.
Elektrik enerjisinin kömür və neftdən əldə olunduğu ölkələrdə elektriklə işləyən avtomobillər ənənəvi avtomobillərdən daha zərərli ola bilər.
Real ekoloji effekt əldə etmək üçün enerji sistemində bərpa olunan enerji mənbələrinin payı 48%-ə çatmalıdır (hazırda bu, təxminən 30%-dir).
Araşdırmanın həmmüəllifi Stiven Poletti deyib: “Bizim təhlilimiz göstərir ki, elektrik avtomobillərinin ekoloji faydaları tamamilə ölkənin elektrik enerjisi qarışığından asılıdır”.
İş emissiyaların azaldılmasına inteqrasiya olunmuş yanaşmanın zəruriliyini vurğulayaraq, cari iqlim siyasətinin effektivliyini şübhə altına alır.
Samir