AZ

"Şirvan Aqro" cərimələnə bilər

"Şirvan Aqro" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Protokola hakim Fuad Axundovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Şirvan Aqro" min beş yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Seçilən
432
3
e-huquq.az

10Mənbələr