AZ

Qazaxıstan şirkəti bu ay Orta Dəhlizlə 10 konteyner qatarı daşıyacaq

Qazaxıstanın “KTZ Express” şirkəti yanvarın sonuna qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə 10 konteyner qatarı göndərməyi planlaşdırır.

“İki sahil” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, bu tendensiyanın saxlanılacağı istisna deyil.

“KTZ Express” yüklərin Çinin Sian şəhərindən Abşerona çatdırılması üzrə xidmət göstərir.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Seçilən
290
1
ikisahil.az

10Mənbələr