AZ

"Hopmac", "masadar", "qabgah" sözləri viral oldu: lüğətimizə daxil edilib? - FOTO

Artıq bir neçə həftədir dilimizdə istifadə edilən bir sıra sözlərin "mili" versiyaları müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, həmin sözlər aşağıdakı kimidir:

Servant - qabgah, kalqotka - belçək, ofisiant - masadar, qalstuk - önürlük, salfetka - hopmac, bosonojka - yalınayaq, dublyonka - aşılğa, plaş - yağmurluq, şpilka - tutac, şifonyer - geyimlək.

Sosial şəbəkələrdə "Azərbaycan dilinin yeni sözləri" kimi təqdim edilən bu sözlər heç də insanlar tərəfindən birmənalı qarşılanmayıb.

İnsanlar səhvən bu sözlərin Azərbaycan dilinin orfoqrafiya lüğətinə aid olduğunu düşünüblər. Hətta sosial şəbəkə istifadəçiləri bu sözlərin işlək olmayacağını deyərək yeni versiyanı lağa qoyublar.

"Grammer Azi" səhifəsi isə bu sözlərdən heç birinin dilimizə daxil edilmədiyini paylaşıb.

Xatırladaq ki, sosial şəbəkələrdə 70 minə yaxın izləyici olan “Grammer Azi” səhifəsi Azərbaycan dilinin qaydalarının düzgün öyrənilməsinə xidmət edir. Səhifə sözlərin orfoqrafiya qaydalarına uyğun, düzgün formasını paylaşaraq hər kəsə dilimizin yazı qaydalarını öyrədir.

Billurə Yunus

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12121
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8651
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8614
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2386
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2093
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1897
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1785
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1544
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1181
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
959
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
735
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
532
Arda Gülər dayanmır, yenə fərqləndi -
478
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
382
Arda dubl etdi - VİDEO
381
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
375
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
374