AZ

“Evləri köndələn yar”ın ulduzunu illər belə dəyişib: Onu kimin təbriki kövrəldib?

O, hamımızın yaddaşında “Evləri köndələn yar” televiziya tamaşasındakı Reyhan kimi qalıb. Uzun saçlı, gözəl gözlü, baxışlı Reyhan kimi. İllər ondan çox şeyi alsa da , dəyişsə də, baxışar elə həmindir. Bu gün Akademik Milli Dram Teatrının sevilən aktrisası, əməkdar artist Hicran Nəsirovanın doğum günüdür.

Publika.az 66 yaşını qeyd edən sənətkarla ad günü söhbətini təqdim edir:

-Salam, Hicran xanım. Doğum gününüz mübarək.

-Salam, cox təşəkkür edirəm.

-Necə hiss edirsiniz özünüzü yeni yaşda?

-Super (gülür).

-Bu gün sizi ilk kim təbrik edib?

-Gecə 12-dən sonra oğlum, gəlinim, nəvələrim təbrik etdi. Ən çox məni nəvələrimin təbriki kövrəltdi. Sevinc göz yaşları axdı gözümdən, onların təbrikini oxuduqca. Şirin balalarım böyüyüblər, fikirlərini, arzularını gözəl ifadə edirlər. Bundan dəyərli heç nə yoxdur. Səhərdən də telefonum susmur.

- Gözəl hisslərdir deyilmi, Hicran xanım?

-Əlbəttə, əlbəttə. Düzdür, bir tərəfdən adam kövərlir ki, yaş üstünə yaş gəlir. Amma o biri tərəfdən də sevinirsən. Bu günə şükür. Kim deyə bilərdi ki, bu yaşa çatacam mən? Bir vaxtlar, 2000-ci illərdə adama yuxu kimi gəlirdi. Fikirləşirdim ki, ay Allah, biz o günü görəcəyik? Artıq 2024-ə gəlib çatmışıq (gülür). Optimist hisslərlə yaşamaq lazımdır. Özü də bu yaşda.

- Hicran xanım doğum günlərini qeyd eləməyi sevirmi?

-Dünəndən elə uşaqlar deyirlər, gedək haradasa qeyd edək. Deyirəm heç nə istəmirəm Əvvəllər cavan idim, özüm xoşlayırdım qonaq qarşılamağı, biş-düş edirdim, şirniyyata kimi hazırlayırdım. Düzünü deyim, indi ona gücüm çatmır, səhhətimlə əlaqədar tez yoruluram. Övladlarım da dünəndən "mama, gedək haradasa oturaq" deyirlər. Heç kimə qıymıram. Heç nə istəmirəm. Balalarım sağ olsun, bu mənim bəsimdir. Görürəm ki, əl çəkmirlər, görək də, axşam bəlkə ailəvi haradasa oturub qeyd edəcəyik.

-Hicran xanımın bu günə kimi ən yadda qalan doğum günü hansı olub?

-50 illik yubileyim ən yadda qalan ad günüm olub. Çox gözəl keçdi. Oğlumla həmkarlarım birlikdə mənə gözəl bir məclis təşkil etmişdilər. Bütün aktyor yoldaşlarım orada idi, o qədər gözəl keçmişdi ki. Hamı razı idi həmin gün, ən çoxda elə özüm. Bax ən yadda qalan ad günüm idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
2
Mənbələr
Şərh ()
Bağla