AZ

Quterreş: Qəzzalılar kabus içində yaşayırlar

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreş mülki şəxslərin hədəfə alınmasının və onları müdafiə etməməyin beynəlxalq humanitar hüququ pozduğunu ifadə edərək, Qəzza xalqının kabus içində yaşadığını deyib.




Sitat.info xəbər verir ki, Quterreş BMT-də Qadının Statusu Komissiyasının fəaliyyəti çərçivəsində qeyri-hökumət təşkilatları ilə görüşüb.




Dünyada qadınların hüquqlarına təcavüz edildiyini, onların cəmiyyətdəki məkanının daraldığını, qadın hüquq müdafiəçilərinin təhdidlərlə üzləşdiyini qeyd edən Quterreş artan münaqişələrin qadın və qızlar üzərində dəhşətli təsirinə diqqət çəkib.
Kənan
Sitat.info

Seçilən
447
11
sitat.info

10Mənbələr