AZ

Azərbaycan ixrac etdiyi neftin 75 faizini BTC ilə nəql edib

Yanvar-fevral aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 4,3 faiz artaraq 6 milyon 307,7 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 74,9 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmərlə neft nəqli 2 faiz artaraq 4 milyon 725,1 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,2 faizini və ya 3882,2 min tonunu Azərbaycanda hasil edilən neft, 17,8 faizini və ya 842,9 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
2
Mənbələr
Şərh ()
Bağla