AZ

İlon Maskdan görmə məhdudiyyətli insanlar üçün hazırlanan implant barədə AÇIQLAMA - FOTO/VİDEO - YENİLƏNİB

“Neuralink” neyrotexnologiya şirkəti görmə məhdudiyyətli insanlar üçün “Blindsight” implantını hazırlayır.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin təsisçisi İlon Mask bildirib.

“Blindsight” “Neuralink“in “Telepathy”dən sonrakı növbəti məhsuludur.

Qeyd edək ki, “Blindsight” implantı artıq meymunlar üzərində sınaqdan keçirilib. Görüntü “Nintendo”nun ilkin qrafik oyunları kimi əvvəlcə aşağı keyfiyyətdə olacaq”, - deyə o “X” sosial şəbəkədəsindəki hesabında yazıb.

Daha əvvəl təqdimatların birində Mask qeyd edib ki, “Neuralink” hətta heç vaxt gözü görməyən insanlara belə bu imkanı verə biləcəyinə inanır.

Qeyd edək ki, bir gün əvvəl neyrotexnologiya şirkətinin implantı olan ilk xəstənin şahmat oynadığı görüntülər yayımlanıb. 29 yaşlı Nolan Arbo təxminən səkkiz il əvvəl yol-nəqliyyat nəticəsində iflic olduğunu və çiyinlərinin altında heç nə hiss etmədiyini bildirib. İndi o, öz notbukunun ekranında şahmat taxtasındakı kursoru düşüncə gücü ilə hərəkət etdirə və fiqurları yenidən düzə bilir.

Xatırladaq ki, yanvarın 28-də “Neuralink” şirkəti ilk dəfə insan beyninə implant yerləşdirib.


***12:20


Məşhur iş adamı, sahibkar İlon Maskın “Neuralink” neyrotexnologiya şirkətinin beyninə implant yerləşdirdiyi ilk xəstə düşüncə gücündən istifadə edərək şahmat oynayıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər şirkətin “X” hesabında canlı yayımlanıb.

29 yaşlı Nolan Arbo öz həyat hekayəsini danışıb və təxminən səkkiz il əvvəl baş vermiş bədbəxt hadisə nəticəsində iflic olduğunu, çiyinlərindən aşağı hissiyyatını itirdiyini bildirib. İndi isə implant sayəsində o, öz notbukunun ekranında düşüncə gücü ilə şahmat taxtasında kursoru hərəkət etdirə və fiqurların yerini dəyişə bilir.

“Bu, hələ tam mükəmməl olmasa da, artıq həyatımı yaxşılaşdırıb”, - deyə o qeyd edib.

Xatırladaq ki, “Neuralink” yanvarın 28-də insan beyninə implant quraşdırılması üzrə ilk əməliyyat keçirib.

Seçilən
132
50
Mənbələr
Şərh ()
Bağla