AZ

"Ən böyük xəyanət"i edən qadın ömürlük həbs olundu

ABŞ-da 16 aylıq qızını evdə tək qoyub Puerto Rikoya tətilə gedən qadına ömürlük həbs cəzası verilib.

Qeyd olunub ki, 32 yaşlı Kristel Kandelario 2023-cü ilin iyun ayında qızı Jayleni Klivlenddə yalnız qoyaraq evi tərk edib. 10 günlük məzuniyyətdən sonra evə qayıdan ana qızcığazın meyitini tapıb və təcili yardım çağırıb. Həkimlər uşağa kömək edə bilməyiblər. Jaylen ciddi şəkildə susuz qalıb və onun meyiti oyuncaqların yanında tapılıb.

Kandelario fevral ayında günahını etiraf edib. Bazar ertəsi, martın 18-də o, ömürlük həbs cəzasına məhkum edilib. Qadının valideynləri mərhəmət istəyib. Onlar təqsirləndirilən şəxsin psixi problemlərinin olduğunu göstərən ifadələr veriblər. İddiaya görə Kandelario dərmanlarını qəbul etməyi dayandırıb. Bu da onun depressiya və narahatlığını daha da pisləşdirib, nəticədə müvafiq qərarlar qəbul etmək qabiliyyətinə təsir edib. “Mən bəhanə gətirməyə çalışmıram, amma heç kim necə əziyyət çəkdiyimi və nələrdən keçməli olduğumu bilmir” deyə qadın məhkəmədə bildirib.

Məhkəmə bu əsaslandırmaları qəbul etməyib. “Ana ilə uşaq arasındakı bağ ən saf və müqəddəs bağlardan biridir. Bu, danılmaz sevgi, inam və qorunmaya əsaslanan bir münasibətdir. Mümkün olan ən böyük xəyanəti etdiniz” deyə hakim Brendan Şihan çıxışında vurğulayıb.//Lent.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
258
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23437
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
16737
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16513
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14590
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11463
Helikopterin qalıqları tapılıb
10016
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7307
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6711
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5524
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5375
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4210
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4179
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3676
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2935
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2176
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
1951
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1851
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1741