AZ

Ferstappenin möhtəşəm seriyası qırıldı

Avstraliya mərhələsi “Ferrari”nin ispaniyalı pilotu Karlos Saynsın qələbəsi ilə başa şatdı. Ondan 2,366 saniyə geri qalan komanda yoldaşı Şarl Lekler 2-ci, “Maklaren”in pilotu Lando Norris 3-cü yeri tutdu.

"Football-plus.az" xəbər verir ki, ilk iki mərhələdə qalib gələn Maks Ferstappen bu dəfə finişə çata bilmədi. İş ondadı ki, 4-cü dövrədə onun maşınının sağ arxa təkərində problem yarandı, niderlandlı maşını boksa çəkdi, mexaniklər əyləc sistemindəki yanğını söndürə bildi. Maksın 43 mərhələni əhatə edən xal seriyası qırıldı. O, sonuncu dəfə 2022-də məhz elə Avstraliya mərhələsində mübarizədən çəkilmiş, ardından hər dəfə finişə xal zonasında çatmışdı. Xal seriyasına görə rekord 2018-20 aralığında ardıcıl 48 mərhələdə xal qazanmağı bacaran “Mersedes”in pilotu Lüis Hemiltona məxsusdu. Yeri gəlmişkən, nə Hemilton, nə də komanda yoldaşı Corc Rassell finişə çata bildi. 17-ci dövrədə Lüisin maşınının mühərriki çalışmadı, Rassell isə Fernando Alonso ilə toqquşdu. Daha bir maraqlı məqam: Aleksandr Albon maşınını elə qırdı ki, təmir etmək mümkün olmadı. Belədə “Uilyams” Loqan Sarcenti mübarizədən çəkdi, onun maşınını Albona verdi. Nəticədə həm təsnifat mərhələsində, həm də əsas yarışda 20 yox, 19 pilot mübarizə apardı.

Təsnifat mərhələsi
1. Maks Ferstappen (Niderland) 1.15,915
2. Karlos Sayns (İspaniya) 1.16,185
3. Serxio Peres (Meksika) 1.16,274
4. Lando Norris (B.Britaniya) 1.16,315
5. Şarl Lekler (Monako) 1.16,435
6. Oskar Piastri (Avstraliya) 1.16,572
7. Corc Rassell (B.Britaniya) 1.16,724
8. Yuki Sunoda (Yaponiya) 1.16,788
9. Lens Stroll (Kanada) 1.17,072
10. Fernando Alonso (İspaniya) 1.17,552
11. Lüis Hemilton (B.Britaniya) 1.16,961
12. Aleksandr Albon (Tayland) 1.17,167
13. Valtteri Bottas (Finlandiya) 1.17,340
14. Kevin Maqnussen (Danimarka) 1.17,427
15. Esteban Okon (Fransa) 1.17,697
16. Niko Hülkenberq (Almaniya) 1.17,976
17. Pyer Qasli (Fransa) 1.17,982
18. Daniel Rikkyardo (Avstraliya) 1.18,085
19. Quanyuy Çjou (Çin) 1.18,188
Həlledici mərhələ
306,124 km (5278 metrlik 58 dövrə)
1. Karlos Sayns (Ferrari) 1:20.26,843
2. Şarl Lekler Ferrari +2,366
3. Lando Norris Maklaren +5,904
4. Oskar Piastri Maklaren +35,770
5. Serxio Peres Red Bull +56,309
6. Lens Stroll Aston Martin +1.33,222
7. Yuki Sunoda RB +1.35,601
8. Fernando Alonso Aston Martin +1.40,992
9. Niko Hülkenberq Haas +1.44,553
10. Kevin Maqnussen Haas 1 dövrə
11. Aleksandr Albon Uilyams 1 dövrə
12. Daniel Rikkyardo RB 1 dövrə
13. Pyer Qasli Alpin 1 dövrə
14. Valtteri Bottas Zauber 1 dövrə
15. Quanyuy Çjou Zauber 1 dövrə
16. Esteban Okon Alpin 1 dövrə
Maks Ferstappen (Red Bull), Lüis Hemilton və Corc Rassell (hər ikisi “Mersedes”) finişə çatmayıb.
Şəxsi birincilik
1. Maks Ferstappen 51 xal
2. Şarl Lekler 47
3. Serxio Peres 46
4. Karlos Sayns 40
5. Oskar Piastri 28
6. Lando Norris 27
7. Corc Rassell 18
8. Fernando Alonso 16
9. Lens Stroll 9
10. Lüis Hemilton 8
11. Yuki Sunoda 6
12. Oliver Berman 6
13. Niko Hülkenberq 1
14. Kevin Maqnussen 1
Mühəndislər kuboku
1. Red Bull 97 xal
2. Ferrari 93
3. Maklaren 55
4. Mersedes 26
5. Aston Martin 25
6. RB 6
7. Haas 4

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27851
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26837
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19201
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18176
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14698
Sabah 20 dərəcə isti olacaq
10023
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9742
May ayında Azərbaycana qar yağdı - VİDEO
8975
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8760
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8573
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
7620
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7452
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7196
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7082
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6690
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6595
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6562
Azərbaycan nefti ucuzlaşıb
6181
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6173