AZ

Lavrov: “Paşinyan dedi ki, konsensus yoxdur”

KTMT missiyasının mandatı 2021-ci ildə tam razılaşdırılmışdı, lakin səhər Paşinyan konsensusun olmadığını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

"Gecəyə qədər oturduq, hər şeyi təsdiqlədik, səhər prezidentlər, baş nazirlər görüşəndə isə məlum oldu ki, qərarla bağlı razılıq yoxdur. Bir neçə gün sonra Paşinyan Avropa İttifaqının (Aİ) sülhməramlı missiyasını Ermənistana dəvət etdi. Rəsmi İrəvan Azərbaycana bunun cəmi 2 ay çəkəcəyini vəd etmişdi. 2 aydan sonra isə Aİ bu missiyanı ikiqat artırdı. İndi Kanada, Norveç və ABŞ-dən olan hərbi personal ora göndərilir və bu missiya, Şimali Atlantika Alyansının missiyasına çevrilir", - nazir qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
23
7
Mənbələr
Şərh ()
Bağla