Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb.Bu barədə
BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 m² sahədə və 1 ədəd taxtadan ibarət qapı qismən yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.