AZ

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç birində uşağa ilkin tibbi yardım edilmədiyini iddia edib. O, ilk olaraq uşağı Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 saylı bölməsinə, daha sonra isə 20 saylı şəhər poliklinikasına apardıqlarını qeyd edib. 

Jurnalistin sözlərinə görə, adıçəkilən xəstəxanaların heç birində uşağa ilkin tibbi müdaxilə edilməyib. Ailə uşaq xəstəxanasına yönləndirilib.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən TƏBİB-in ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova məsələ ilə bağlı araşdırmaların yekunlaşdığını bildirib.

Departament rəhbəri qeyd edib ki, sözügedən hal üzrə araşdırmaların nəticəsinə uyğun olaraq tədbir görülüb, həkim, tibb bacısı və Nəsimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmə müdiri işindən azad edilib:

“Sözügedən hadisə ilə əlaqədar "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" publik hüquqi şəxsin Nəsimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölməsinin əməkdaşları haqqında müvafiq tədbirlər görülüb.

Bölmə müdirinin öz ərizəsinə əsasən, əmək müqaviləsinə xitam verilib.

Eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən yol verdikləri kobud pozuntuya görə, böyük həkim və tibb bacısının əmək müqaviləsinə xitam verilib.

Böyük tibb bacısına isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilib”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
76
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19349
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18997
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18049
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17350
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15865
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15805
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15522
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15096
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11603
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11141
"Zaur, yenə çaşdın..." - VİDEO
8758
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7834
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7305
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7225
Minimum əmək haqqı nə qədər arta bilər?
6965
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
6954
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6758
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5961
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5649