AZ

Azərbaycanın 4 gimnastı Dünya Kubokunda iştirak edəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Kişi və qadın idman gimnastikası üzrə Azərbaycan millisi “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcək.

“İki sahil” xəbər verir ki, bu gün Türkiyənin Antalya şəhərində startı veriləcək yarışda 4 idmançımız mübarizə aparacaq.

Məşqçilər Eldar Səfərov və Olqa Barkalavanın rəhbərliyi altında Mənsum Səfərov, Rəsul Əhmədzadə, Murad Ağarzayev və Nazənin Teymurova fəxri kürsüyə qalxmağa çalışacaqlar.

Beynəlxalq dərəcəli hakimlər Nihad Şirinli və Anjella Abdullayeva da yarışda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, Dünya Kubokuna martın 31-də yekun vurulacaq.

Seçilən
80
9
1

1Mənbələr

Şərh ()
Bağla