AZ

“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI

Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb. 
Ednews Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Tibbi Fəlakətlər Mərkəzi məlumat yayıb. 
Qeyd edək ki, daha əvvəl xəsarət alanların sayı 360 nəfər idi. 
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 143 nəfər ölüb. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Seçilən
32
23
Mənbələr
Şərh ()
Bağla