- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Ermənistanın paytaxtı İrəvanda polis bölməsinə silahlı hücumla bağlı istintaq davam edir.
Modern.az xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan "Sputnik Armenia"ya bildirib.
O deyib ki, terror aktı işi çərçivəsində hazırda 40-a yaxın ünvanda axtarışlar aparılır və digər istintaq hərəkətləri də həyata keçirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl radikal "Sasna Tsrer" qrupunun üzvləri İrəvandakı polis bölmələrindən birinə basqın etmişdilər.