AZ

Fransa, Sevinc və Qənimət sövdələşməsi - KÜNCDƏN BAXIŞ

Fransanı başa düşmək bir o qədər də çətin deyil. Bu dövlət bineyi-qədimdən hansı bağdansa, soy kökündənsə ermənilərə yaxın, bəlkə də qan qohumluğu olan bir dövlətdir. Təbii ki, onların da tərəfində olacaq. Yeri gələndə sözünü deyəcək, yeri gələndə arxasında dayanacaq, yeri gələndə də əlinə silah verib arxasında dayanacaq.O da başadüşüləndir ki, ermənilərin 2020-ci ildə 44 günün sonunda Qarabağda diz çökməsini və 2023-cü ildə birgünlük antiterror əməliyyatı zamanı birdəfəlik Qarabağdan çıxıb getmələrinə qərar verməsini Fransa belə ürək ağrısı ilə qarşılayacaqdı. Axı yuxarıda da dediyimiz kimi, onların bağlılığı var.Belə olan halda, deməli, Fransanın Ermənistanla bir döyünən ürəyi Azərbaycan dağı görüb. “Mənə olmuş, ya erməniyə olmuş, eynidir”,- deyə düşünən Fransa bu dağın-düyünün od-alovu ilə yanıb yaxılmasın, nə etsin?.. Elə buna görə də nələrə əl atdı, bunları sadalayıb ürəyimizi yenidən bulandırmayaq. Gələk sonuncu həmləsinə-Azərbaycana qarşı sanksiya məsələsinə. Avropa parlamentində bu təşəbbüsü bir neçə dəfə irəli sürən Fransanın məqsədi aydındır. Aydın olmayan qondarma “milli şura”çılar, xaricdə məskunlaşmış Sevinc Osmanqızı və Qənimət Zahid kimi antimilli ünsürlərin davamlı olaraq Azərbaycana qarşı sanksiya çağırışı ilə çıxışları, ölkəmizi Avropa ilə “süni gərginlik yaratmaq”da ittiham etmələridir. Yenə deyək ki, bu məsələdə Fransanı başa düşmək olar. Bəs Sevinclə, Qəniməti? Azərbaycanlı olasan, Azərbaycana qarşı sanksiya tələb edənlərin səsinə səs verəsən, bu bir qədər anlaşılmayan olsa da, lakin əslində burada anlaşılmayan nə var ki?..Fransa və onabənzər dövlətlər bizim antimilli ünsürləri nə vaxt istədikləri kimi idarə etməyib ki?.. Nə zaman Azərbaycana qarşı nəyi demək istəyiblərsə, Azərbaycanda hansı qalmaqalın yaranmasını düşünüblərsə, həmin an antimillilərimiz ağıllarına gəlib və qrandlar buraxmaqla onlara istədiklərini etdiriblər. İndi də gün kimi aydındır ki, Fransa Sevinc və Qənimətlə yeni sövdələşmə edib ki, onlar dünyanın o başında oturub bu başında olan Vətənlərinə qarşı sanksiya tətbiq edilməsi fikrini dəstəkləyirlər.Lakin Sevinclə Qənimətin ağlı da elə fransız Makronun ağlı qədərdir. Fikirləşəndə ki, antimilli ünsürlər bu tapşırıqları kimdən alır, cavab tapmaq bir o qədər çətin deyil. Kim verəcək, kim onların sözünü deyirsə, onların istəklərini yerinə yetirirsə, bizim antimillilər də onların sözünü deyəcək, təkliflərini tələb kimi irəli sürəcək, hələ yeri gələndə Azərbaycana qarşı şər-qarayaxma da apararaq ölkəmizi Avropa ilə “süni gərginlik yaratmaq”da ittiham edəcəklər.Lakin çox təəssüf olsun ki, bu məsələdə Makronun savadı nə yerdədirsə, Sevinclə Qənimətin savadı da o qədərdir. Belə ki, birincisi, bu sanksiya məsələsini Avropa Parlamentində müzakirəsinə nail olsa da, həyata keçirilməsi qətiyyən onluq deyil. Çünki AP-nin Aİ-nin real siyasətinin müəyyənləşdirilməsində yeri və rolu yoxdur. Aİ-nin üzv ölkələri içərisində Azərbaycanla əməkdaşlıq edən, Azərbaycanla strateji əməkdaşlığı olan 14 ölkə var. Bu qərar da həmin ölkələrin rəhbərləri tərəfindən qəbul edilə bilər. Həmin ölkələr isə Azərbaycana qarşı təşəbbüslərin qarşısını alıblar.Elə bu səbəbdən də Fransa, Sevinc və Qənimət sövdələşməsi nəticəsiz olaraq qalmaqdadır. Baxmayaraq ki, üçü bir əldən sanksiya deyib çığırır, lakin gərək boğazını cıranda da biləsən ki, faydası olacaq, yoxsa olmayacaq.Bir də makrongilləri yenə anlamaq olur, Sevinclə Qənimətin hərəkətlərini isə əsla. Adam öz Vətəninə qarşı bu qədər sevgisiz necə ola bilər?..Mətanət Məmmədova

Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16031
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15701
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15383
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13314
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11949
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9497
"Zaur, yenə çaşdın..." - VİDEO
7846
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5987
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5887
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5069
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4954
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4408
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4214
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4068
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3231
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3216
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2977
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2953
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2791