AZ

Tibb müəssisələrinin radioloji fəaliyyətlə məşğul olan əməkdaşları üçün tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.

APA FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə növbəti tədbir Nazirliyin Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən tibb müəssisələrinin radioloji fəaliyyətlə məşğul olan əməkdaşları üçün Mərkəzin inzibati binasında təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Agentliyin rəis müavini Xəzər Əmiraslanov Agentliyin fəaliyyət istiqamətləri və gördüyü işlər, qarşısında duran vəzifələr barədə ümumi məlumat verib.

Ümumilikdə 30 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə nüvə və radioloji fəaliyyət sahəsində nəzarət funksiyalarının həyata keçirilməsi üzrə mövcud qanunvericilik tələblərinin icmalı, tibb müəssisələrində ionlaşdırıcı şüalanma mənbələrinin tətbiqi ilə bağlı radiasiya təhlükəsizliyinin təmin edilməsi, nüvə və radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi, bu sahədə hüquq pozuntuları və hüquqi məsuliyyət məsələləri müzakirə olunub.

Tədbir zamanı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təlim kurslarında iştirak etmiş ekspertlər – Agentliyin Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri Mətanət Qəhrəmanova, Xüsusi icazə və Dövlət Reyestri şöbəsinin müdiri Ramin Paşayev, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov və Hüquq şöbəsinin müdiri Aysel Həsənova aidiyyəti mövzularda təqdimatla çıxış ediblər.

Təbdir zamanı Agentlik tərəfindən hazırlanmış müvafiq mövzulara dair videoçarxlar nümayiş olunub, suallar ətraflı cavablandırılıb.

Tibb Tibb Tibb Tibb Tibb Tibb Tibb
Seçilən
89
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14599
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14294
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14219
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12127
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10322
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8572
"Zaur, yenə çaşdın..." - VİDEO
7536
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5636
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4103
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4048
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3908
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3891
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3710
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3526
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3048
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3027
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2811
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2754
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2655