AZ

Gümrü sakinləri Paşinyanı fitə basıb

Gümrü sakinləri baş nazir Nikol Paşinyanı və hakim "Mülki müqavilə” partiyasının deputatlarını fitə basıb. Bu barədə Ermənistan KİV  məlumat verib. 

Məlumata görə, yerli sürücülər Paşinyanın kortejini siqnal və fit səsləri ilə qarşılayıblar.  Həmin gün şəhər hakimiyyətinin şəhərin mərkəzi küçələrini bağlaması sakinləri qəzəbləndirib. Hətta vətəndaşlarla patrul əməkdaşları arasında toqquşma baş verib. 

Paşinyan Gümrüdə Tavuşda verdiyi açıqlamaları verib.
 
O bildirib ki, Azərbaycan kəndlərinin qaytarılmasının alternativi yoxdur.
 
N.Təbrizli

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
27
Mənbələr
Şərh ()
Bağla