AZ

Kaxaber Sxadadze: "Deyiləcək söz yoxdur, keyfiyyət çatmır"

style='margin-bottom:10px;'>

"Danışmağa çox sözüm yoxdur. Üstünlük bizim tərəfdə idi. Çoxlu qol epizodlarımız oldu, dəyərləndirə bilmədik. Yaxşı oyuna görə də 3 xal vermirlər".

QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 28-ci turunun "Neftçi" ilə (0:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Bu oyunu unutmaq üçün nə edəcəksiniz?

- Belə oyundan sonra toparlanmaq çox çətindir. Futbolçulara, onların çəkdiyi əziyyətə heyfim gəlir. Bu cür oyunla qələbə qazana bilmədik.

- Əsas rəqibiniz olan "Kəpəz" əlinə düşən fürsətlərdən maksimum istifadə edib qollar vurur. Bu gün "Qəbələ" isə 10-dan çox epizod yaratdı, amma qol vurma bilmədi. Sizcə, bunun səbəbi nədir?

- Sizinlə razıyam. Bəli, "Kəpəz" demək olar ki, yarım epizoddan qol vurur. Biz isə 100 faizlik fürsətləri dəyərləndirə bilmirik. Tetenin vura bilmədiyi epizod var idi. Klesio Baukun da həmçinin. Bunları dəyərləndirə bilsəydik, başqa cür olardı. Deyiləcək çox söz yoxdur. Keyfiyyət çatmır.

- Mətbuatda belə xəbərlər var  ki, komanda aşağı liqaya düşsə də, "Qəbələ"də qalacaqsız. Bu xəbərlər nə dərəcədə həqiqətdir?

- Bu barədə danışmaq istəmirəm. Bəli, klubla müqaviləmiz var. Bura gələndə bilirdik ki, çətin olacaq. Hara getmişəmsə, ad qoymağa çalışmışam. Azərbaycanda 6 il işləmişəm. Həmişə adımızın yaxşı hallanmasını istəyirik.

- Premyer liqada sonuncu yerdə olsanız da, kubokda yarımfinaldasınız. Kubokla bağlı fikirləriniz necədir?

- Çempionat və kubok tam fərqli turnirlərdi. Oyunçuları növbəti matça yaxşı hazırlamalıyam. Bu gün çox yoruldular. "Qəbələ" kubok komandası sayılır. Dəfələrlə buradan avrokuboklara vəsiqə qazanıb. Ümid edirəm ki, baxımlı oyun sərgiləyəcəyik. Əlavə olaraq qeyd edim ki, bu gün hakimlər yaxşı idilər. (sportal.az)

Seçilən
241
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18844
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
18568
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17967
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17241
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15739
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15187
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15004
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15003
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11433
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11083
"Zaur, yenə çaşdın..." - VİDEO
8699
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7752
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7095
Minimum əmək haqqı nə qədər arta bilər?
6929
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6897
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6649
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5785
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5585
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5123