AZ

Noyer derbini buraxacaq

Almaniyanın “Bayern” klubunun qapıçısı Manuel Noyer zədə səbəbindən Bundesliqanın 27-ci turunda “Borussiya”ya (Dortmund) qarşı keçirəcəkləri matçı buraxacaq.



Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel oyundan öncə təşkil olunan mətbuat konfransında məlumat verib.



O, Noyerlə yanaşı, Aleksandr Pavloviç, Rafael Gereyro və Saşa Boenin də eyni səbəbdən Almaniya derbisində iştirak etməyəcəyini bildirib. Komanda ilə məşqlərə başlayan hücumçu Harri Keynin isə start heyətində meydana çıxacağı gözlənilir.



“Bayern”lə “Borussiya” martın 30-da, saat 21:30-da “Allianz Arena”da qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərBayern Manuel Noyer

Seçilən
79
2
Mənbələr
Şərh ()
Bağla