AZ

“Sevinməyə çox vaxtımız yoxdur” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Əvvəlki dövrlərdə də “Sabah”la aramızda baxımlı oyunlar olmuşdu. Bu gün də yaxşı, gərgin mübarizə şəraitində keçən matç oldu. Hər iki komanda qələbəyə layiq idi. Biz son vuruşlarda bir az uğurlu olduq. Vacib 3 xal qazandıq.

İkinci hissədə “Sabah”ın təhlükəli hücumları oldu. Böyük qüvvə ilə irəli atılanda onların müdafiəsində boşluqlar yaranırdı. Bizim istəyimiz həmin boşluqlardan istifadə edib ikinci qolu vurmaq idi. Son dəqiqələr bizim üçün gərgin keçdi.

Turnir cədvəli o qədər sıxdır ki, qazanılan hər 3 xal qızıla bərabərdir. Sevinməyə çox vaxtımız yoxdur. Üç gün sonra bizi vacib kubok matçı gözləyir.

Çempionat və kubok arasında fərq qoymuruq. Hər ikisi bizim üçün çox önəmlidir. Həmişə qarşıdan gələn oyunu fikirləşirik”.

Seçilən
253
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3377
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3255
Bu yol qovşağında təmir işləri aparılacaq
2734
Bakıda hoteldə yanğın başlayıb
2294
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1408
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1385
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1309
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1252
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1086
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1070
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
884
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
847
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
809
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
807
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
766
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
752
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
746
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
720
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
708
Sabah 5 kəndin qazı kəsiləcək
701