AZ

“Volkswagen”in emblemi kenquruları qorxudacaq - VİDEO - FOTO

Kenqurular Avstraliyanın ən tanınan simvollarından biridir. Lakin Yaşıl Qitənin sakinləri üçün bu heyvanlar yol təhlükəsizliyi üçün ciddi risk yaradır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu günlərdə "Volkswagen" problemə qarşı humanist bir həll hazırlayıb. Alman markasının standart emblemini əvəz edən "RooBadge" cihazı eyni zamanda kenquru qovucusu kimi xidmət edir.

Melburn Universiteti və heyvanların rifahı ilə bağlı "WIRES" xeyriyyə təşkilatı ilə birlikdə alman avtomobil istehsalçısının hazırladığı cihaz kenquruları qorxudan səslər çıxarır.

Gözlənilir ki, heyvanlar belə qurğuya malik nəqliyyat vasitələrindən qaçacaqlar ki, bu da toqquşma ehtimalını xeyli azaldacaq. "RooBadge" hazırda sınaqdan keçirilir, lakin artıq "Volkswagen Amarok" pikapı üçün opsiya kimi təqdim edilir. Qeyri-adi sistem öz effektivliyini göstərərsə, onu brendin digər modelləri, eləcə də digər istehsalçıların avtomobilləri üçün aksesuar kimi təklif etməyi planlaşdırırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla