AZ

Paşinyanın yeni söz oyunu, yoxsa siyasi savadsızlığı ...

O, işğal altında olan kəndlərimizin Tavuş ərazisi olduğunu desə də...

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı mərhələsində erməni işğalı altında olan  kəndlərimizin geri qaytarılması ilə bağlı müzakirələr intensivləşib. Qeyd edək ki, bu kəndlərin yeddisi Qazax rayonuna daxildir. Həmin kəndlər Yuxarı Əskipara, Aşağı Əskipara, Bərxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndləridir. Həmin kəndlərdən Yuxarı Əskipara, Bərxudarlı və Sofulu Ermənistan ərazisində anklavdır. İşğal altında qalan Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna daxildir. Bu kənd də Ermənistanın ərazisi ilə əhatə olunan anklavdır.

Hazırda Qazaxın anklav olmayan dörd kəndinin Azərbaycana qaytarılması gündəmdədir. Söhbət Ba?anis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı kəndlərindən gedir. Bir neçə gün öncə Tavuş bölgəsinə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan da yerli əhali ilə görüşüb, reallıqlar haqqında onları məlumatlandırıb. Paşinyan əhalini anlatmağa çalışıb ki, bu kəndlər Ermənistanın ərazisi deyil, Azərbaycana məxsusdur. Əgər kəndlər Azərbaycana qaytarılmasa, müharibə başlaya bilər. Paşinyan həmçinin hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının üzvləri ilə görüşdə də sözügedən kəndlərin qaytarılmasını müzakirə edib.

Hətta Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistan İctimai Televiziyasının efirində sərhədlərin delimitasiyası və demarkasiyası xəritəsini nümayiş etdirib. İrəvanın nəzarətində olan və yaxın vaxtlarda Azərbaycana qaytarılacaq 4 kəndin yeri də göstərilib. Ermənistan televiziyasında  həmin  kəndlərin Azərbaycana təhvil veriləcəyi bildirilib.

Lakin Ermənistan müxalifəti dörd kəndin Azərbaycana qaytarılmasına etiraz edir, əhalini hökumətə qarşı aksiyalara çağırır. Ölkə daxilində narazılıq səbəbindən N.Paşinyan öz postunu itirməsindən qorxur. Ona görə də, ötən gün mövzu ilə bağlı qeyri-müəyyən fikirlər də səsləndirib. “Çox açıq şəkildə qeyd etmək lazımdır ki, Ermənistan hökumətinin Tavuş vilayətinin 4 kəndi ilə bağlı heç vaxt ambisiyaları olmayıb, xüsusən də Azərbaycanın bölgədə yeni, genişmiqyaslı müharibəyə başlamaq üçün səbəblər axtardığı bizə aydın olan bir şəraitdə”, - deyə Paşinyan bildirib. O, partiyasının nümayəndələri ilə görüşündə həm Azərbaycana məxsus kəndlərdən danışıb, həm də o kəndləri “Tavuş vilayətinə aid” edib. Bu da, onun ziddiyyətli mövqeyinin göstəricisidir. “Bizim siyasi mövqeyimiz, mesajımız ondan ibarətdir ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış, suveren ərazisindən, o cümlədən Azərbaycanın qeyd etdiyi kəndlərin ərazilərindən kənarda heç bir iddiası yoxdur və Qızıl Hacılı kəndi bu gün 100 faiz Azərbaycanın nəzarəti altındadır”, - deyə N.Paşinyan əlavə edib. Paşinyan onu da qeyd edib ki, hökuməti üçün Ermənistan sərhədinin harada olduğunu vurğulamaq çox vacibdir və ümid edir ki, Azərbaycan da bu istiqamətdə addım atacaq. Baş nazir yenidən Ermənistan Respublikasının xəritəsinin maketini göstərib və bildirib ki, o, Milli Assambleyada Ermənistan ərazisinin böyüklüyü ilə bağlı açıqlama verəndə minlərlə insan küçələrə axışıb.

Erməni mediasının yazdığına görə, bugünlərdə keçmiş müdafiə naziri, parlamentdə müxalif “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan Qazaxın işğal altında olan kəndlərinə gedib. Ohanyanla birlikdə “Ermənistan” fraksiyasının digər deputatları da Azərbaycan kəndlərində olub. Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki, Ermənistan hakimiyyəti 4 kəndi Azərbaycana qaytarmaq istəsə də, müqavimət göstərməklə bunun qarşısını ala bilərlər. Ohanyan daha əvvəl bu kəndlərdə yerləşən erməni ordusunun birləşmələrini hakimiyyətə qarşı mübarizəyə və Azərbaycanla müharibə aparmağa çağırmışdı. Azərbaycan kəndlərinə gələn Ohanyanın buradakı hərbçilərlə görüşdüyü, kəndlər qaytarıldığı zaman onları müqavimət göstərməyə sövq etdiyi istisna edilmir.

Bütün bunların fonunda Ermənistanın baş naziri Nikol Paşinyan “Tiktok”dakı hesabı vasitəsilə müraciətində də belə deyib ki, vətəndaşlıq ərazi ilə bağlıdır, ərazi varsa, vətəndaşlıq var, ərazi yoxdursa, vətəndaşlıq yoxdur, əgər söhbət mifik yox, real vətəndaşlıqdan gedirsə. Hüquq və vəzifə də ərazi ilə bağlıdır. “Qanun ərazi ilə bağlıdır, çünki o, ərazidə fəaliyyət göstərir. Biz bir ölkənin və ya başqa dövlətlərin sərhədlərini keçəndə hüquq və vəzifələr sistemi tamamilə dəyişir. Yəni hər bir ərazinin özünəməxsus hüquq və vəzifələr sistemi var. Təbii ki, bizim bu hüquq və öhdəliklər sistemimiz dəyişir”, - deyə Paşinyan bildirib. Onun sözlərinə görə, demokratiya və Ermənistan dövləti haqqında danışarkən suveren hüquq və vəzifələrə dair baxışları qeyd etmək çox vacibdir. “Ərazinin qeyri-müəyyən, spesifiklikdən məhrum olduğu, hüququn isə konkret xarakter daşıdığı fikri yanlışdır. Bu baxımdan bizim suveren ərazimizlə bağlı təsəvvürlərimiz, ən azı, həmişə konkret olmayıb. Məhz bu aspektdə biz suveren ərazimizin konkretləşdirilməsinə böyük əhəmiyyət veririk, çünki bu, bizim hüquq və öhdəliklərimiz sistemini, eləcə də dövlət haqqında anlayışımızı konkretləşdirir”, - deyə erməni baş nazir qeyd edib.

Göründüyü kimi, N.Paşinyan erməni cəmiyyətinin narazılığı fonunda kəndlərin Azərbaycana qaytarılması ilə bağlı ziddiyyətli fikirlər səsləndirir. O, bununla ictimai narazılığın qarşısını ala biləcəyini düşünsə də, reallıq dəyişməzdir. Bu reallıq ondan ibarətdir ki, Ermənistanın başqa seçimi yoxdur, işğal altında saxladığı kəndlərimiz qeyd-şərtsiz  Azərbaycana qaytarmalıdır.  

Nardar BAYRAMLI

Seçilən
195
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17780
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17397
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16427
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14893
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13860
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11405
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10403
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
10026
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
9987
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9802
"Zaur, yenə çaşdın..." - VİDEO
8345
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7189
Minimum əmək haqqı nə qədər arta bilər?
6533
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6217
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5908
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5018
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4936
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4734
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4062