AZ

Paşinyanın partiyası Kremli ittiham edir - Rusiya azı 3 dəfə sülh şansını pozdu...

Məhəmməd Əsədullazadə: “Otuz il ərzində ərazilərimiz işğal altında olanda belə fikirləri səsləndirmirdilər”Hakim partiyanı təmsil edən erməni deputatların Rusiyaya yönəlik ittihamları artır. Ermənistanın hakim Mülki Müqavilə Partiyasının əsas deputatlarından biri olan Qagik Melkonyan bəyan edib ki, iki ölkə arasında sülhün əldə olunamamasının günahkarı məhz Rusiyadır: “1994-cü ildə qalib gəldik və sülhə getmək imkanımız oldu, amma bunu etmədik. Biz buna razı olmadıq, çünki Rusiya sülh istəmirdi. 1997-1998-ci illərdə sülhün bağlanması üçün mərhələli və paket variantları təklif olunanda biz dərhal “bir qarış torpaq da olmaz” ideyasının tərəfdarı olduq. Bizi bir qarış torpağı da verməməyə təhrik edən kimdir? Təbii ki, Rusiya. O, bu məsələnin sülh yolu ilə həll olunmasını istəmirdi. 2011-ci ildə Kazandakı görüşdə Azərbaycan sülhə getmək istəmədi, çünki hərbi balans pozuldu. Rusiya bütün bunlara görə məsuliyyət daşıyır, o, bu regionda sülh istəmirdi. O, iki tərəfin mübarizəsindən razı qaldı, ondan ancaq qazandı”.“Azərbaycan işğala son qoyandan sonra düşüblər Rusiyanın üstünə...”Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya iki ölkə arasında sülhün yaradılmasında maraqlı olmayıb: “Zaman-zaman Ermənistanda hakim partiya deputatları Rusiyanı ittiham ediblər. Əsas arqumentlər də ondan ibarətdir ki, Rusiya heç vaxt Ermənistanı müdafiə etməyib. Moskva Ermənistandan öz maraqları üçün faydalanıb. Kazan danışıqları zamanı Rusiya prezdenti Dmitri Medvedev idi. Həmin danışıqlarda Ermənistanın xeyrinə olan məqamlar çox idi, amma yaxşı ki, bu alınmadı. Çünki bu baş versəydi, indiki kimi ərazi bütövlüyümüzü, suverenliyimizi təmin edə bilməzdik. Ümumilikdə, Rusiyanın yanaşması o idi ki, münaqişə həll olunmasın və hər iki ölkə Moskvandan asılı olsun. Ancaq Qagik Melkonyanın dedikləri həm də anti-Rusiya isteriyasıdır. Çünki o, Rusiyaya qarşı çıxışları ilə öndə gəlir. Əsas məqsəd ondan ibarətdir ki, bununla bağlı Qərbdən daha çox dəstək alsınlar və cəmiyyətdə güclü antirus ovqatı formalaşdırsınlar. Otuz il ərzində ərazilərimiz işğal altında olanda belə fikirləri səsləndirmirdilər. Azərbaycan işğala son qoyandan sonra düşüblər Rusiyanın üstünə. Geosiyasi reallıqlar, Azərbaycanın güclənməsi Rusiyanı bununla barışmağa məcbur etdi. Həmçinin Ermənistanı fakt qarşısında qoydu. Ermənistan Qarabağ məsələsini bəhanə edərək Rusiyadan uzaqlaşma kursu götürüb. Bunların dərdi Qərblə yaxınlaşıb onlardan maksimum faydalanmaqdır. Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə əlaqələri genişləndirməkdə qərarlı görünür. Məqsəd həm də süni gərginlik yaratmaq və bu məqsədlə Qərbdən daha çox yardım qoparmaqdır. Üstəlik, 5 aprel yaxınlaşdıqca, Ermənistanda Rusiyaya yönəlik tənqidlərin “dozası” daha da artır”.Vidadi ORDAHALLI

Seçilən
169
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19466
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19005
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18061
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17364
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15890
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15864
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15574
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15120
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11627
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11154
"Zaur, yenə çaşdın..." - VİDEO
8758
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7838
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7348
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7244
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7083
Minimum əmək haqqı nə qədər arta bilər?
6969
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6765
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5985
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5653