AZ

Kuleba indiki mexanizmlərlə NATO-nun Ukraynaya 100 milyard toplamasını mümkün saymır

Mövcud maliyyələşdirmə modeli saxlanılarsa, Kiyevin NATO-dan 100 milyard dollar almaq şansı faktiki olaraq yoxdur.

Musavat.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Nazirin dediyinə görə, NATO ölkələrinin heç də hamısı Ukraynaya dəstək verməyə çalışmır: "NATO-da çox sadə bir fikir var - gəlin Ukrayna üçün 100 milyard dollar toplayaq və onu bütün müttəfiqlər arasında bölüşdürmək üçün düzgün formula tapaq. NATO indi yardım paketi üçün ildə 500 milyon dollar toplamağa çalışır. Mövcud maliyyələşdirmə modelində bunun şansı yoxdur, təşəbbüslər sıfırdır. Onlar heç 500 milyon dollar toplaya bilmirlər, bir ildə 20 milyard dolları necə toplaycaqlar”.

Kuleba bildirir ki, Ukraynanın Şimali Atlantika Alyansından aldığı yardım az sayda üzv dövlətdən gəlir: “Əgər hər bir ölkənin maliyyələşmədə məcburi iştirakının düsturunu yaratlamaq olarsa, bu ideyanın mövcud olmaq hüququ və reallaşma şansı var”.

Qeyd edək ki, bundan əvvəl “The New York Times” yazıb ki, “bəzi müttəfiqlər NATO-nun üzv ölkələr arasında pul toplamaq üçün rıçaqları yoxdursa, 100 milyard dolları necə cəlb edə biləcəyini sual altına alıblar”.

 

Musavat.com

Seçilən
211
11
Mənbələr
Şərh ()
Bağla