AZ

Siyahıda cəmi 1 oğlan çıxdı: "Cəmiyyətdə çaşqınlıq yaradırıq" - AÇIQLAMA

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanı zamanı maksimal 300 balı toplayan 14 abituriyentdən 13-nün qız olması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir qisim qızların təhsilə cəlb edilməsi və yüksək nəticə göstərməsini alqışlasa da, digər qisim maksimal balı oğlanlar arasında yalnız 1 abituriyentin yığmasından narahatlığını ifadə edib.
Sosial şəbəkə istifadəçiləri arasında bunu kişilərin elmdən və təhsildən sürətlə uzaqlaşması kimi şərh edənlər də var.

Bəs doğrudan da kişilər təhsildən və elmdən uzaqlaşırmı?
Mövzu ilə bağlı Ölkə.Az-a danışan təhsil eksperti Elmin Nuri hesab edir ki, bu barədə konkret nəticəyə gəlmək üçün hələ tezdir. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlar bitdikdən sonra ümumi nəticələri açıqlamasını gözləmək lazımdır:
"Məsələyə gender aspektindən yanaşmağın qətiyyən tərəfdarı deyiləm. Ümumiyyətlə, təhsil və elm sferasında gender amilinin heç bir rol oynamadığını düşünürəm. Kişi və qadının elm və təhsildə birinin digərindən güclü olması barədə ifadələri yığışdırsaq, yaxşı olar. 
Bu, axı ümumi statistika deyil. Biz yalnız 3 mart buraxılış imtahanlarının bir statistikasını bilirik. O da maksimal bal toplayan uşaqlarla bağlıdır. Biz bilmirik ki, 250-300 bal aralığında neçə faiz abituriyent nəticə göstərib, onlardan neçə faizi oğlan, neçə faizi qızdır. Bu statistikanı DİM ayrıca tədqiqat işi olaraq təqdim edir. Bunun üçün "Abituriyent" jurnalının bəlli saylarını gözləməliyik. Yəni tələsmək olmaz. Hələ qarşıda 10 və 17 mart imtahanlarının nəticələri var. Yalnız bütün buraxılış imtahanları bitəndən sonra DİM ümumi təhlili və statistikanı ortaya qoyur. Həmin statistikadan çıxış edərək fikir səsləndirə bilərik".  
E.Nuri son illərdə qızların ümumi nəticələrinin oğlanlarla müqayisədə yaxşı olduğunu desə də, bir məqama diqqət çəkib:
"DİM-in son 10 ildə açıqladığı rəqəmlərə baxsaq, görərik ki, qız abituriyentlərin nəticələri daha yaxşıdır. Amma bir məsələ də var ki maksimal bal toplayanların içərisində həmişə oğlanlar qızları üstələyib. Yalnız bir neçə ili istisna olaraq göstərmək olar. İndi biz bu nəticəyə baxıb xanımların təhsildən uzaqlaşdığını deyə bilmərik. Bəzən ümumi nəticəni istisna göstəricilərlə qarışdırırlar. Məsələn, 0-50 bal toplayanlar içərisində neçə faizi qızdır, neçə faizi oğlandır, buna baxmaq lazımdır. Burada oğlanlar üstünlük təşkil etsə, onda biz sual edə bilərik ki, oğlanların təhsilə münasibəti hara gedir. Statistikaları qarışdırdıqda cəmiyyətdə də çaşqınlıq yaradırıq. 
Şəxsən mənim üçün fərqi yoxdur ki, cəmiyyətdə xanımlar daha çox təhsilə meyillidir, yoxsa bəylər. Hər ikisi cəmiyyətin aktiv və məhsuldar fərdidir. O zaman marağında olaram ki, tərəflərdən birində nəticələrdə ciddi şəkildə aşağı düşmə müşahidə olunsun. Bunu da gender yox, sosioloji və maarif aspektindən problem kimi qəbul edərəm. Düşünürəm ki, məsələyə bu cür yanaşmaq lazımdır".
Billurə Yunus

Seçilən
173
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
17139
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
15416
Səidə Sultan klipi üçün lüt soyundu
11744
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10580
Faiq Sadıqov
9586
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9481
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
6067
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5955
Gənc aparıcı vəfat etdi - FOTO
5840
10 yaşlı uşağın faciəvi ölümü
5545
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5521
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5481
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
5032
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4677
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4368
Ruslan Müşfiqabadlının anası vəfat edib
3993
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3474
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3286
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3278