AZ

YAP Nəsimi rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı “Cəlil Məmmədquluzadə küçəsi 85” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

"Unikal" xəbər verir ki, bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən “Azər-Türk” Bankın İdarə Heyətinin sədri Orxan Hüseynov diqqətə çatdırıb ki, bankın əsası 1995-ci ildə məhz Ulu Öndər Heydər tərəfindən qoyulub. Vurğulayıb ki, "Cəlil Məmmədquluzadə küçəsi 85" ünvanı üzrə yeni ərazi partiya təşkilatının təsis edilməsi əlamətdar hadisədir.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası ovaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.

Çıxışlardan sonra səsvermə keçirilib və “Cəlil Məmmədquluzadə küçəsi 85” ərazi partiya təşkilatı təsis edildi. Fuad Bədəlov yekdilliklə “Cəlil Məmmədquluzadə küçəsi 85” ərazi partiya təşkilatının sədri, Türkan Əliyeva isə sədr müavini seçilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
13
Mənbələr
Şərh ()
Bağla