AZ

Oğuzda meşə kənarında silah-sursat aşkarlandı (FOTO)

Bakı. Trend:

Oğuzda meşə kənarında silah-sursat aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyininmətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarınınkeçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki meşəmassivinin kənarından biri yivli olmaqla, 2 ov tüfəngi və həminsilahlara məxsus 1000 patron aşkarlanaraq götürülüb.

Qeyd edilib ki, profilaktik tədbirlər zamanı isə rayon sakiniolan şəxs atasından qalan sənədsiz tüfəngi könüllü olaraq polisətəhvil verib.

Oğuzda
Oğuzda
Seçilən
195
7
az.trend.az

10Mənbələr