AZ

Yevlaxdakı qətlin təfərrüatları məlum oldu

Yevlaxdakı qətlin bəzi təfərrüatları məlum olub.Ednews report.az-a istinadən xəbər verir ki, rayonun Əkşəm kənd sakini, 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlu tanışları ilə birgə Mingəçevir şəhərində yerləşən çayxanaların birində olan zaman 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu ilə mübahisələri düşüb.Daha sonra M.Orucov Əkşəm kəndinə, yaşadığı evə qayıdıb.Ş.Bayramlı və daha 4 nəfər onunla birgə M.Orucovun yaşadığı evin önünə gedib və onlardan biri M.Orucovu çölə çağırıb. Bu zaman Ş.Bayramlı Mingəçevirdə yaşanan mübahasə zamanı onun ünvanına söyüş söydüyünü deyərək M.Orucova 1 bıçaq xəsarəti yetirib. Ürək nahiyəsindən ağır xəsarət alan M.Orucov xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.Hadisəni törətməkdə şübhəli bilinən Ş.Bayramlı isə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır.

Seçilən
193
8
ednews.net

9Mənbələr