AZ

Xalq artistinin oğlu atasının evini satıb: “Orada yaşaya bilmədik”

Tarix: 7 Aprel 2024 15:25

"Anamın səhhəti ağır olaraq qalır. Evdə müalicə alır. Xəstəliyinə görə gözləri tamam zəifləyib. Həm qaraciyər, həm də insult xəstəliyi bir-birinə qarışıb. Səhərə kimi yatmırıq. Allahdan ümidimizi üzmürük. Allah bütün xəstələrə şəfa versin. Sosial şəbəkədəki rəyləri oxuyuram, hamı ailəmiz üçün dua edir".
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev deyib.
O, daha sonra əlavə edib:
"Anamın dərmanlarını pensiyası ilə alırıq. Bir-iki dərmanı var ki, bahadır. Hərdən birini alırıq. Min manat dərmanları edir. Kömək edənlər də var. Dayılarım da yardım edirlər. Anama hələ də qismət olmayıb ki, atamın məzarını ziyarət etsin. Onun üçün çox darıxır. Hər gün onu yuxuda görür. Elə bizim üçün də atamın yoxluğu çox çətindir. O, sağ olsaydı, bəlkə də anam xəstələnməzdi, yatağa düşməzdi".



Rövşən Quliyev bildirib ki, atasının ölümündən sonra sənətkarın illərdir yaşadığı evi də satıblar:
"Atam dünyasını dəyişməzdən 3 ay öncə evin sənədlərini adıma keçirdim. Ona da demişdim ki, evi satıb iki ev alacağam. Biri bacıma, biri də bizə. Çox sevinmişdi. Çox heyf ki, bu günləri görmədi. Onu itirəndən sonra bu evdə yaşaya bilməzdik. Hər şey üstümüzə gəlirdi. Elə zənn edirdik ki, qapı açılacaq və içəri girəcək. Ona görə də, evi tez satıb, iki ev aldıq".

Milli.Az

Seçilən
243
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26992
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26487
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18147
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17610
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14450
Sabah 20 dərəcə isti olacaq
9751
May ayında Azərbaycana qar yağdı - VİDEO
8848
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8789
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8632
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8521
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7322
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7160
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6964
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6939
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6622
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6504
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6464
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6065
Azərbaycan nefti ucuzlaşıb
6057
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5883