AZ

Premyer Liqa: “Qəbələ” “Zirə”yə 4 cavabsız qolla uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Zirədə baş tutub.

Burada “Zirə” doğma publika önündə “Qəbələ” ilə üz-üzə gəlib. Bu, sözügedən komandalar arasında 35-ci oyun olub. Bu günə qədər keçirilmiş 34 oyunda “Zirə” 7, “Qəbələ” 12 qələbəni bayram etmişdi, 15 görüş heç-heçə yekunlaşmışdı. Son 7 görüşdə meydan sahibi komanda uduzmamışdı.

Hazırda bu komandalar tam fərqli məqsədlər uğrunda mübarizə aparırlar. Əyalət təmsilçisi sonuncu pillədənq qurtulmaq, elitada qalmaq üçün çalışırsa, zirəlilər avrokuboklara vəsiqə qazanmaq arsuzundadırlar. Bu oyundan öncə 42 xalla 3-cü pillədə qərarlaşmış paytaxt təmsilçisi qalib gəlsə, 2-ci yerə də yüksələ bilərdi. Amma bu, son gündə meydana çıxacaq “Neftçi”nin “Sumqayıt”la oyununun nəticəsindən də çox asılıdır.

“Zirə” autsayderlə görüşdə rəqib qapısından 4 cavabsız qol keçirib və müvəqqəti də olsa, 2-ci sıraya yüksəlib. “Qəbələ”də isə Kaxaber Sxadadzenin gəlişindən sonra məğlubiyyətlər sıralanmaqda davam edir.

Premyer Liqa
29-cu tur
7 aprel

“Zirə” – “Qəbələ” 4:0
Qollar: Rəhim Sadıxov, 4. Rafael Utziq, 25. Ceyhun Nuriyev, 27. Fuad Bayramov, 57.
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.

Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 15. Pyer Zebli, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 44. Dmitrios Çantakias, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Qəbələ: 13. Kristof Atanqana, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 10. Klesio Bauk, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 6. Fares Abu Akel, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 5. Rauf Hüseynli, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo, 53. Elnur İbrahimov.
Baş məşqçi: Kaxaber Sxadadze.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla