AZ

"Dəfələrlə boşanmaq istəmişəm, amma o, əl çəkmir"

"Mən ikinci dəfə ailə qurmağımdan razı deyiləm. Mən "ağı qaradan ayıra bilmədim"... Həyat yoldaşım da mənim razı olmadığımı bilir. Bu haqda da ona dəfələrlə demişəm. Mən heç bilmirəm həyat yoldaşım məni istəyir yoxsa yox. İstək hərəkətlər və əməllərlə məlum olmalıdır".

BiG.AZ bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva qonaq olduğu "Həftənin qonağı" verilişinə müsahibəsində deyib.

Aktrisa ikinci həyat yoldaşı Yusif bəylə münasibətlərindən söz açıb. Naibə bildirib ki, dəfələrlə ikinci ərindən boşanmaq istəsə də, lakin qarşı tərəf buna imkan verməyib:

"Kişi qaya, qadın isə dənizin dalğasıdır. Vurur özünü qayaya... Qaya isə düppədüz durur. Əks cinsin nümayyəndələri düşünürlər ki, qadınlar hər zaman narazıdırlar. Amma mən narazı deyiləm. Mən "Hər şey var, amma bu narazıdır" düşüncəsində əsla deyiləm. Ümumiyyətlə heç nə yoxdur. Dəfələrlə boşanmaq istəmişəm. Amma həyat yoldaşım məndən əl çəkmir. Yenə deyirəm istəmək sözdə yox əməldə olmalıdır. Bəzən kişilər qadınlara "sevgi" sözünü belə qıymırlar. Mən şıltaq deyiləm. Küsəyənəm...

Mən insanam axı... Bəlkə də mənim kimi qadınlar çox azdır. Bu 8 il evliliyin 3 ilini təkcə sevgi içində yaşamışam. Çox şeylər oldu. Kaprizli insan deyiləm. Çox təmizkaram. Çox şey tələb edən qadın deyiləm. Belə qadını hansı kişi əldən buraxmaq istəyər? Qalmaqal yaradan qadın deyiləm. Bu qədər teatrda işləmişəm, amma indiyə kimi heç kimin xətrinə dəyməmişəm".

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Naibə Allahverdiyeva ilə ikinci həyat yoldaşı Yusif bəy arasında söz-söhbət yaşanıb və aktrisa ondan ayrılmaq istəyib.

"Bizimləsən" ictimai-sosial proqramında cütlüyün ailə dramı müzakirəyə çıxarılıb. Naibənin əri verilişin canlı efirinə zəng edərək, qarşı tərəfin onu bağışlamasını istəyib. Allahverdiyeva verilişin aparıcısı Zaur Baxşəliyevin təkidi ilə ona ikinci şans verib.


BiG.Az
Seçilən
164
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14396
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
13963
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
13793
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
11978
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
9944
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8371
"Zaur, yenə çaşdın..." - VİDEO
7467
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5573
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
3847
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3801
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3607
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
3582
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3520
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3406
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3008
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
2995
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2778
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2710
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2578