AZ

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Ramin Məmmədov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Ramin Ələmşah oğlu Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.














Ucnoqta.az Ramin Məmmədovun dosyesini təqdim edir: 






Ramin Məmmədov 1979-cu ildə Ağdərə şəhərində anadan olub.






1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub. Şuşanın işğalından sonra təhsilini Bakıda davam etdirib.






BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib.






2013-cü ildə Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi “İnkişaf edən liderlər” adlı xüsusi proqramın iştirakçısı kimi Harvard Universiteti sertifikatını alıb.






Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.






2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır. Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.






Bu illər ərzində “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, dövlət qulluğunun baş müşaviridir.






Evlidir, 1 övladı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
9
ucnoqta.az

10Mənbələr