AZ

“Ukraynanın Moskvadakı səfirliyinin binası toxunulmaz qalacaq” – Rusiya XİN


Rusiya Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasına əməl edəcək və torpaq sahəsinin icarə müqaviləsinə xitam verdikdən sonra Ukraynanın Moskvadakı səfirliyinin binası toxunulmaz qalacaq.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib.
Diplomat xatırladıb ki, Ukrayna səfirliyinin binalar kompleksinin yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsi Moskva meriyasının Kiyev Şəhər Şurasının Rusiyanın Ukraynadakı səfirliyinin torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi ilə bağlı qərarına cavab olaraq ləğv edilib.
“Diplomatiyada qəbul edilən qarşılıqlılıq prinsipi belə işləyir”, - o vurğulayıb.
“Torpaq icarəsi müqaviləsinin ləğvi Ukraynanın dövlət mülkiyyətində qalan səfirlik binasının özünün toxunulmazlığına təsir göstərmir. Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına əsasən, diplomatik münasibətlər kəsildiyi halda münasibətlərə malik olan dövlət hətta silahlı münaqişə baş verdikdə belə, öz əmlakı və arxivləri ilə birlikdə missiyanın binalarına hörmət etməli və onları qorumalıdır”, - Polişçuk deyib.
Xarici İşlər Nazirliyinin departament rəhbəri həmçinin qeyd edib ki, bu, eyni dərəcədə Rusiyanın Ukraynadakı diplomatik mülkiyyətinə də aiddir.
Qeyd edək ki, 2022-ci il fevralın 22-də Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı nümayəndəliklərinin əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün təxliyə edildiyini açıqlayıb.
Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də səhər saatlarında Ukraynada xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini bildirib. Elə həmin gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə diplomatik münasibətləri kəsdiyini, Ukrayna Xarici İşlər Nazirliyi isə diplomatların təxliyə edildiyini elan edib. O vaxtdan bəri Ukraynanın Moskvadakı və Rusiyanın Kiyevdəki səfirliklərinin binaları boşdur.
Seçilən
135
16
Mənbələr
Şərh ()
Bağla