AZ

Qriqoryan isveçli nazirlə GÖRÜŞDÜ

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçə işgüzar səfəri çərçivəsində İsveçin Avropa İttifaqı məsələləri üzrə nazirinin dövlət katibi Kristian Danielsson ilə görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Armen Qriqoryan Aİ-nin mülki missiyasının Ermənistanda olmasının və viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun tez başlamasının vacibliyini qeyd edib.

 

O, həmçinin CEPA-nın (Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi) tam gücü ilə işə salınmasının praktiki zəruriliyini vurğulayıb.

 

Qriqoryan aprelin 5-də Brüsseldə keçirilən görüşün təfərrüatlarını da təqdim edib və bu kontekstdə Ermənistan-Aİ iqtisadi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Seçilən
204
20
Mənbələr
Şərh ()
Bağla