AZ

“Crocus”un yanğın təhlükəsizliyinə cavabdeh şəxsi saxlanıldı

Rusiya İstintaq Komitəsi “Crocus City Hall”un konsert zalında baş verən hadisə ilə bağlı daha bir nəfər saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə RT-nin hüquq-mühafizə orqanlarındakı mənbəsi məlumat verib. Bildirilib ki, “Crocus City Hall”I yanğın təhlükəsizliyinə məsul şəxs və yanğından mühafizə sistemlərinə xidmət göstərən mühəndis saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı aparılan istintaqın son nəticələrini dinləyib.

Rusiya İstintaq Komitəsi “Crocus City Hall”un konsert zalında terror aktı törətməkdə təqsirləndirilən şəxslərlə Ukrayna xüsusi xidmət orqanları arasında əlaqə müəyyən edib.

İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə artıq bu barədə məlumat verilib.

“İstintaq artıq terrorçuların cinayətə hazırlığının halları ilə bağlı əhəmiyyətli məlumatlar əldə edib ki, bu da onların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsini göstərə bilər”, - deyə komitədən vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı iştirakçılarının dindirilməsi videosunu dərc edib.

Dindirilmələr zamanı həbs olunanlar əlaqə saxladıqları şəxsin adının “Sayfullo” olduğunu deyiblər.

Bildirilib ki, o, bir ay ərzində hədəfi müəyyən edib və silahların çatdırılmasından tutmuş cinayətkarların Ukraynaya qaçış marşrutuna qədər zəncirin bütün halqalarını əlaqələndirib.

“Crocus Siti”yə hücumun iştirakçıları terror aktından sonra Kiyevə qaçmaq niyyətində olduqlarını təsdiqləyiblər.

Martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində silahlı şəxslər “Crocus City Hall” konsert zalına hücum edərək tamaşaçılara atəş açıblar.

Daha sonra yanğın törədiblər və avtomobillə faciə yerindən qaçıblar. Tezliklə Bryansk vilayətində hücumçular saxlanılıblar.

Ümumilikdə terror aktına görə 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlara qarşı cinayət işi açılıb və nəzarətə götürülüb.

Son məlumatlara görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 145 nəfər ölüb, 550 nəfər yaralanıb.

Seçilən
108
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14687
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14448
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14400
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12230
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10515
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8679
"Zaur, yenə çaşdın..." - VİDEO
7595
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5687
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4352
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4141
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4094
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3949
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3842
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3612
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3064
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3057
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2825
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2797
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2674