Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın prezident Vladimir Putinin may ayına planlaşdırılan andiçmə mərasimində iştirakı ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Musavat.com-un məlumatına görə, aprelin 10-da keçirilən brifinqdə Zaxarova suala belə reaksiya verib:
“Zəhmət olmasa, sualı İrəvana ünvanlayın”.
Musavat.com